Qırğızıstan prezidentindən turistlər üçün yeni viza təklifi

"Mərkəzi Asiya regionu ölkələri öz aralarında vizasız rejim, turistlər üçün isə region boyunca sərbəst hərəkət imkanı verən vahid viza rejimi tətbiq etməlidir".
Liderxeber.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Facebook" sosial şəbəkə hesabında Tacikistanla sərhədin delimitasiyası prosesinin başa çatmasını şərh edərkən bildirib.
"İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejimin, digər dövlətlərdən gələn qonaqlar üçün isə Şengen vizası kimi regionun bütün ölkələrində sərbəst hərəkət etməyə imkan verən vahid vizanın tətbiqinə başlamalıdır", - deyə o qeyd edib.
Oxşar Xəbərlər:

06 noyabr 2024, Çərşənbə
İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

11 iyun 2024, Çərşənbə axşamı
Təcavüzkarlar saxta bildirişlər göndərmək üçün Facebook funksiyalarından istifadə edirlər