BMT-nin Qəzzadakı qonaq evinə hücum - Ölən və yaralılar var
BMT-nin Qəzzadakı Layihə Xidmətləri Ofisinə (qonaq evinə) hücum edilib, ölən və yaralılar var.
Liderxeber.az xəbər verir ki, bu haqda BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında Baş katib Antonio Quterreşin bəyanatını səsləndirib.
Qeyd olunub ki, insident zamanı 1 əməkdaş öldürülüb, 5-i isə ağır yaralanıb.
Quterreş qonaq evinə edilən hücumu pisləyib və hərtərəfli təhqiqatın aparılmasını tələb edib.
BMT obyektlərinin bütün tərəflərə məlum olduğu və beynəlxalq hüquq çərçivəsində qorunmalı olduğu vurğulanan bəyanatda, “Baş katib BMT personalına edilən hər hansı hücumu pisləyir və hərtərəfli araşdırma tələb edir” ifadəsi işlədilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
12 noyabr 2024, Çərşənbə axşamı
BMT-nin Baş katibi: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər
