"Əbədi Betmen" filminin aktyoru vəfat etdi

Amerikalı aktyor Vel Kilmer 65 yaşında vəfat edib.
Liderxeber.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, aktyor dünən Los-Ancelesdə dünyasını dəyişib.
Aktyorun qızı Mersedes Kilmerin sözlərinə görə, Vel Kilmerin ölümünə səbəb pnevmoniya olub.
Qeyd edək ki, aktyor 2014-cü ildə xərçəngdən sağalmışdı.
Xatırladaq ki, Kilmer bir çox filmlərdə rollar alıb. O, ilk dəfə 1984-cü ildə "Tam məxfi" komediya filmində ekranlarda görünüb. 1995-ci ildə "Əbədi Betmen" filmindəki "Betmen" obrazı ilə o, məşhurluq qazanıb. Kilmer bu obraza görə yeddi milyon dollar qonorar alıb.
Oxşar Xəbərlər:

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı

18 oktyabr 2023, Çərşənbə
Ali məktəblərə yüksək balla qəbul olan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI