Pressa.az » Dünya » Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı

Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı

08 aprel 2025, Çərşənbə axşamı, 08:50
Türkiyədə azarkeş meydana girib futbolçunu bıçaqladı

Türkiyənin Siirt şəhərində həvəskarlar arasında keçirilən “Kurtalanspor” - “Hakkari Zap Spor” region oyunundan sonra futbolçular arasında dava düşüb.

Liderxeber.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, əlbəyaxa mübahisəyə azarkeşlər də qarışıb.

Hadisədə “Hakkari Zap Spor”un futbolçusu azarkeşlərdən biri tərəfindən bıçaqlanıb.

Yaralı futbolçu sağlamlıq qrupları tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Mübahisə polisin müdaxiləsi ilə sonlandırılıb.

Qeyd edək ki, oyun “Kurtalanspor”un 3:1 hesablı qələbəsi ilə bitib.