Pressa.az » Dünya » ABŞ hərbi qüvvələrini İran ətrafında yerləşdirir

ABŞ hərbi qüvvələrini İran ətrafında yerləşdirir

08 aprel 2025, Çərşənbə axşamı, 17:30
ABŞ hərbi qüvvələrini İran ətrafında yerləşdirir

ABŞ hərbi qüvvələrini İran ətrafında yerləşdirir.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Newsweek" nəşri yeni peyk görüntülərinə istinadən xəbər verib.

Bildirilir ki, ABŞ-nin "USS Carl Vinson" təyyarədaşıyan gəmisi Hind okeanına daxil olub.

Məlumata görə, gəminin göndərilməsi ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirmək yolunda mühüm addımdır. Bildirilib ki, Vaşinqton qarşıdakı günlərdə və həftələrdə daha aqressiv yanaşma qərarını göstərə bilər.

Qeyd olunub ki, sözügedən təyyarədaşıyan gəmi Hind-Sakit okean bölgəsində təlimləri başa vurduqdan sonra regional sabitliyin təşviqi, düşmənçilik addımlarının qarşısının alınması və ticarətin sərbəst axınının qorunması səylərini davam etdirmək üçün bölgədəki ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) qoşulacaq.