Pressa.az » Dünya » Ərdoğan Özəli məhkəməyə verdi

Ərdoğan Özəli məhkəməyə verdi

09 aprel 2025, Çərşənbə, 09:00
Ərdoğan Özəli məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

Liderxeber.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın “X” hesabında paylaşım edib.

Məlumata görə, Özgür Özəlin 21-ci Fövqəladə Qurultay zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan ifadələrindən sonra bununla bağlı tədbir görülüb.

Hüseyn Aydın bildirib ki, Özəl haqqında 500 min lirə (təxminən 22 min manat) dəyərində mənəvi təzminatın ödənilməsinə dair məhkəmə iddiası qaldırılıb.

Vəkilin sözlərinə görə, prezidentin təhqir edilməsi ittihamı üzrə Ankara Respublika Baş Prokurorluğunda cinayət işinin açılmasına dair müraciət edilib.