Pressa.az » Dünya » Avropada dərman qıtlığı müşahidə olunur

Avropada dərman qıtlığı müşahidə olunur

21 yanvar 2023, Şənbə, 12:30
Avropada dərman qıtlığı müşahidə olunur

Avropa Parlamentinin üzvü, yunanıstanlı deputatı Mariya Spiraki Avropada dərman qıtlığının müşahidə olunduğunu açıqlayıb.

Bu barədə M.Spirakinin Avropa Komissiyasına müraciətində deyilir.

Onun sözlərinə görə, bu vəziyyət Çin və Hindistanda lazımi xammalın istehsalında və tədarükündə fasilələrin və ya azalmanın baş verməsi ilə bağlıdır.

"Əvvəllər ucuz olan dərman vasitələrinin qiymətlərinin artırılması qlobal qıtlıqla mübarizənin mümkün vasitəsi kimi nəzərdən keçirilir, bir şərtlə ki, bu tədbirin əsas ağırlığı xəstələrin üzərinə düşməsin", - o bildirib.

Spiraki Avropa Komissiyasını bu problemi həll etmək üçün tədbir görməyə çağırıb.