Yəməndə ölənlərin sayı 74-ə çatdı - Video

ABŞ Yəməndə Ras İsa neft limanına aviazərbələr endirib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında açıqlayıb.
Bildirilib ki, ABŞ Yəmənin “Ənsar-Allah” (husilər) hərəkatını terror təşkilatı elan etməsinə baxmayaraq, gəmilər həmin liman vasitəsilə yanacaq daşımağa davam edib.
Yəmənin “Al Masirah” telekanalının məlumatına görə, ölkə ərazisinə zərbələr nəticəsində 38 nəfər həlak olub, daha 102 nəfər isə yaralanıb.
Husilər isə öz növbəsində zərbələri “hərbi cinayət” adlandırıb və bunun cavabsız qalmayacağını bildiriblər.
***
TASS-ın məlumatına görə, Yəməndə aviazərbələr nəticəsində həlak olanların sayı 74-ə çatıb.
Yaralananların sayı isə 170-i ötüb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 sentyabr 2024, Çərşənbə axşamı
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır

23 yanvar 2025, Cümə axşamı
Tramp husilərin qruplaşmasını terror təşkilatı kimi tanıyan fərman imzalayıb