Pressa.az » Dünya » Putin İranla strateji tərəfdaşlığa dair qanunu imzaladı

Putin İranla strateji tərəfdaşlığa dair qanunu imzaladı

21 aprel 2025, Bazar ertəsi, 17:40
Putin İranla strateji tərəfdaşlığa dair qanunu imzaladı

Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiya edilməsi haqqında qanunu imzalayıb.

Liderxeber.az “Kommersant”a istinadən xəbər verir ki, saziş 20 ili əhatə edir və müddəti uzadıla bilər.

Sənədə əsasən, tərəflərdən biri xarici təhdidə məruz qaldığı halda digəri təcavüzkara yardım etməməli və münaqişənin BMT Nizamnaməsi əsasında nizamlanmasında maraqlı olmalıdır.

Qeyd edək ki, yanvarın 17-də Moskvada Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian tərəfindən imzalanan sazişdə ümumilikdə 47 maddə mövcuddur. Rusiyanın Federal Şurası sazişi aprelin 16-da ratifikasiya edib. Dövlət Duması isə onu aprelin 8-də qəbul etmişdi. Ümumilikdə sənəd üzərində işlər 2022-ci ildən aparılırdı.