Hindistan da sərhəddə döyüş hazırlığını artırdı

Hindistan Pakistanla sərhəddə Hərbi Hava Qüvvələrini döyüşə yüksək hazırlıq vəziyyətinə gətirib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Hərbi Hava Qüvvələrindəki mənbəyə istinadən “The Times of India” qəzeti yayıb.
Bildirilib ki, döyüş tapşırıqlarının yerinə yetirilməsinə Fransadan alınan çoxhədəfli “Rafale” qırıcıları cəlb edilə bilər.
Xatırladaq ki, Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-si Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra kəskinləşib. Ötən həftə “The Economic Times” Pakistanın Kəşmirdə Hindistanla sərhədyanı nəzarət xəttində qoşunların döyüş hazırlığını gücləndirdiyini yazmışdı.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

28 oktyabr 2024, Bazar ertəsi
İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib