Zelenski Ankaradadır - Video - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumat Türkiyə liderinin bu gün üçün nəzərdə tutulan iş qrafikində yer alıb.
Məlumata əsasən, günorta saatlarında Zelenskinin rəsmi qarşılanma mərasimi baş tutacaq. Bunun ardınca, tərəflər həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq.
Xatırladaq ki, bu gün İstanbulda buna paralel olaraq Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
***
Zelenskini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 12:14-də Ankara Esenboğa hava limanına eniş edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 may 2025, Çərşənbə axşamı
Zelenski ilə Putin Türkiyədə görüşəcəklər? - Sərt tələblər və ləğv edilməmiş qanun