Türkiyədə güclü zəlzələ oldu
Türkiyənin Konya şəhərində 5,2 maqnitudalı zəlzələ baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, zəlzələ paytaxt Ankara və ətraf bölgələrdə də hiss edilib.
Bununla yanaşı, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında zəlzələ ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə, hazırda AFAD və digər müvafiq qurumların əməkdaşları ərazilərdə araşdırmalara başlayıb. Yerlikaya bildirib ki, hələ ki dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
16 oktyabr 2024, Çərşənbə
Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB-4
