Pressa.az » Dünya » Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı

Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı

16 may 2025, Cümə, 12:44
Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı

ABŞ Müdafiə Nazirliyi "Qızıl qübbə" raketdən müdafiə sisteminin arxitekturası və həyata keçirilməsi planının hazırlanmasını başa çatdırıb.

Liderxeber.az xəbər veri ki, bu barədə Pentaqonun sözcüsü Şon Parnell "Bloomberg"ə açıqlamasında bildirib.

Layihə üzərində iş Prezident Donald Trampın 27 yanvar tarixli sərəncamından sonra başlayıb.

"Biz müasir raketdən müdafiə texnologiyalarını qabaqcıl yeniliklərlə birləşdirən bütün variantları araşdırmaq üçün ən yaxşı mütəxəssisləri topladıq", - deyə Parnell vurğulayıb.

Bununla belə, qeyd olunur ki, layihənin icra müddəti, dəyəri və texniki xüsusiyyətləri barədə hələ də dəqiq məlumat yoxdur. Qeyri-müəyyənlik müdafiə büdcəsinin təsdiqinə məsul olan Konqres üzvlərinin narazılığına səbəb olub.