Türkiyə Ordusunun 2 əsgəri qızdırmadan öldü

Ötən gün Türkiyə Ordusunda iki hərbçi yüksək qızdırmadan vəfat edib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda nazirlik onların şəhid olduğunu bəyan edib.
Qeyd olunub ki, orduda 7 əsgər yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisi - Hayrullah Halit Karaman və Semih Erdoğan şəhid olub.
Onların ölüm səbəblərinin həddindən artıq maye itkisindən (dehidratasiya) qaynaqlanan və qandakı natrium səviyyəsinin səbəb olduğu orqan çatışmazlığı olduğu müəyyən edilib.
Qeyd olunub ki, xəstəxanada müalicəsi davam edən digər 5 əsgərin vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırma başladılıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

09 oktyabr 2024, Çərşənbə
Hadrutun işğaldan azad olunmasından dörd il ötür - "Qeyri-bərabər döyüşdə düşməni darmadağın etdik"

13 mart 2025, Cümə axşamı
Halit Ergenç və Rıza Kocaoğlu məhkəməlik oldular: 4 ilə qədər həbsləri istənildi

28 yanvar 2025, Çərşənbə axşamı
Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində istintaq aparılır