Çində daşqınlar nəticəsində ölən turistlərin sayı 12 nəfərə çatıb

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində daşqınlar nəticəsində ölən turistlərin sayı 12 nəfərə çatıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bildirilib ki, axtarış əməliyyatlarına 1 600-dən çox xilasedici səfərbər edilib. Bu gün səhər saatlarında turistlərdən sonuncunun meyiti tapılıb.
Xatırladaq ki, fövqəladə hadisə avqustun 16-da Pekin vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə saat 18:00 - red.) Bayan-Nur şəhər ərazisində yerləşən turist düşərgəsində baş vermişdi.