Yük gəmisində partlayış - Göyərtəsində Azərbaycan vətəndaşları da olub
Qara dənizin Bolqarıstan sahillərində göyərtəsində Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu “BETUL 8” adlı yük gəmisi batıb.
Liderxeber.az “NTV” portalına istinadən xəbər verir ki, gəminin batmasına səbəb partlayış olub.
Somali bayrağı altında üzən və Rumıniyadan Misirə təqribən 3 ton buğda daşıyan “BETUL 8”dən 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı helikopterlə xilas edilib.
Partlayışın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu
