Pressa.az » Dünya » ABŞ Hindistana 50% rüsum tətbiq edib

ABŞ Hindistana 50% rüsum tətbiq edib

27 avqust 2025, Çərşənbə, 12:36
ABŞ Hindistana 50% rüsum tətbiq edib

Hindistan hakimiyyəti ABŞ-nin Hindistan mallarına 50%-lik yüksək tariflər tətbiq etməsinin təsirini azaltmağa kömək edəcək iqtisadi strategiya hazırlayır.

Liderxeber.az xəbər verir ki, bu barədə "The Economic Times" Hindistan rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu tariflər ABŞ-yə 48.2 milyard dollarlıq mal ixracına təsir edəcək. Tekstil, krevetka, dəri, qiymətli daşlar və zərgərlik məmulatlarının ixracı, eləcə də ümumilikdə əmək tutumlu sənayelər sanksiyalarından ən çox zərər görəcək, əczaçılıq, elektronika və neft məhsullarına isə tarif tətbiq edilməyəcək.

Mənbənin sözlərinə görə, rəsmi Nyu-Delhi hazırda iqtisadi vəziyyəti qiymətləndirmək üçün yüksəksəviyyəli görüşlər keçirir, lakin hökumət rəsmiləri hər hansı cavab tədbirinin mümkünlüyünü istisna ediblər. Rəsmi qeyd edib ki, Hindistan hakimiyyəti ixracın dəstəklənməsi, eləcə də azad iqtisadi zonaların yaradılması üzrə tədbirləri nəzərdən keçirir.

Xatırladaq ki, avqustun 26-da ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə dörd dəfə telefonla əlaqə saxlamağa çalışsa da, baş nazir zənglərə cavab verməyib.