Pressa.az » Dünya » Putinlə Əhməd əl-Şaraanın görüşü başladı - Yenilənib

Putinlə Əhməd əl-Şaraanın görüşü başladı - Yenilənib

15 oktyabr 2025, Çərşənbə, 14:54
Putinlə Əhməd əl-Şaraanın görüşü başladı - Yenilənib

Kreml Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın bu gün Rusiyaya planlaşdırılan səfəri barədə məlumat yayıb. 

Liderxeber.az xəbər verir ki, məlumatda Əhməd əl-Şaraanın səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib. 

Tərəflərin Rusiya və Suriya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafını müzakirə edəcəyi gözlənilir. 

Eyni zamanda, prezidentlər Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparacaqlar. 

Xatırladaq ki, Suriya liderinin Moskvaya səfər edəcəyi barədə məlumatı öz mənbələrinə istinadən “Al Hadath” telekanalı yaymışdı.

SANA agentliyinin məlumatına görə, Əhməd əl-Şaraa Moskvada rəsmi səfərdədir.

***

Moskvada Vladimir Putinlə Əhməd əl-Şaraa arasında danışıqlar başlayıb. Bu tərəflər arasında keçirilən ilk görüşdür.

Görüş zamanı V.Putin bildirib ki, Suriya və Rusiya arasında münasibətlər hər zaman müstəsna olaraq dostluq xarakteri daşıyıb. 

Əhməd əl-Şaraa isə yeni Suriyanın inkişafında Rusiyanın ciddi rolunun olacağını vurğulayıb.