Pressa.az » Dünya » Hindistan prezidenti helikopterdə qəza təhlükəsi yaşayıb

Hindistan prezidenti helikopterdə qəza təhlükəsi yaşayıb

22 oktyabr 2025, Çərşənbə, 14:19
Hindistan prezidenti helikopterdə qəza təhlükəsi yaşayıb

Hindistan Prezidenti Draupadi Murmanı daşıyan helikopter Keraladakı "Pramadam" stadionuna endikdən sonra betona batmaq təhlükəsi ilə üzləşib.

Liderxeber.az "The Times of India" nəşrinə istinadən xəbər verir ki, insident prezidentin "Sabarimala" məbədinə rəsmi səfəri zamanı baş verib.

Məlumata görə, enişdən dərhal sonra meydançanın bir hissəsi dağılaraq, helikopter üçün təhlükə yaradıb.

Polis və yanğınsöndürənlər dərhal reaksiya verərək, vertolyotu təhlükəli zonadan uzaqlaşdırıblar.

Xəbərdə bildirilir ki, ölkə rəhbərinin Keralaya dördgünlük səfəri oktyabrın 21-də başlayıb.