Pressa.az » Dünya » Rusiyada helikopterin qəzaya uğradığı yerdən 17 nəfərin meyiti tapılıb - YENİLƏNİB-1

Rusiyada helikopterin qəzaya uğradığı yerdən 17 nəfərin meyiti tapılıb - YENİLƏNİB-1

01 sentyabr 2024, Bazar günü, 13:15
Rusiyada helikopterin qəzaya uğradığı yerdən 17 nəfərin meyiti tapılıb - YENİLƏNİB-1

Kamçatkada helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.

Liderxeber.az-ın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqustun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.

***

12:37

Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiyanın operativ qurumları məlumat yayıb.

Bildirilir ki, helikopterin aşkarlanmış qalıqları qəza nəticəsində sağ qalanların olmadığını söyləməyə əsas verir.

Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqsutun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.

Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseniy Zamyatinin də helikopterdə turistlər arasında olduğu bildirilir.

***

11:42

Rusiyanın Kamçatka vilayətində avqustun 31-də radardan itmiş helikopterin qalıqları tapılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Helikopterin qəzaya uğradığı açıqlanıb.

Qeyd edək ki, göyərtəsində 22 nəfər (üç ekipaj üzvü və 19 sərnişin) olan Mi-8 helikopteri Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.