Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı
Balıkesir valisi İsmail Ustaoğlu bölgədə baş verən zəlzələdən sonra açıqlama verib.
Liderxeber.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, o bildirib ki, zəlzələ zamanı can itkisi qeydə alınmayıb, lakin zərər görmüş üç bina uçub.
Valinin sözlərinə görə, zəlzələdə yaralanan 22 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb, digər yaralıların isə ümumi sağlamlıq vəziyyəti yaxşıdır.
Xatırladaq ki, Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, sarsıntı İstanbul, Bursa və İzmir kimi ətraf şəhərlərdə də hiss olunub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
16 oktyabr 2024, Çərşənbə
Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB-4
