Qəzzada ölənlərin sayı 65-ə çatdı - Yenilənib
İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə yüksəlib.
Liderxeber.az xəbər verir ki, bu barədə Fələstinin “HƏMAS” hərəkatına yaxın “Al Aqsa” telekanalı məlumat yayıb.
Bildirilir ki, hava hücumları hələ də davam edir. Qəzza şəhəri və sahilboyu yaşayış məntəqələri intensiv atəşə tutulub.
Bundan başqa, Qəzza zolağının şimal hissəsində yerləşən məcburi köçkünlərin məskunlaşma mərkəzi də hədəfə alınıb. Hücum nəticəsində ölən və yaralananlar barədə əlavə məlumat açıqlanmayıb.
***
“Al Arabiya” telekanalının məlumatına görə, Qəzzaya zərbələr nəticəsində ölənlərin sayı 65-ə çatıb.
Həlak olanların 20-dən çoxunun uşaq olduğu bildirilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 sentyabr 2024, Çərşənbə axşamı
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır
