Tramp: "İsrail Qəzzanı vura bilər"
ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağına cavab zərbəsi endirmək hüququnu dəstəkləyib.
Liderxeber.az "NBC News"a istinadla xəbər verir ki, o, bunu Yaponiyadan Cənubi Koreyaya uçarkən təyyarədə jurnalistlərə bəyan edib.
Prezident deyib: "İsraillilər cavab zərbəsi endirirlər və onlar yaranmış vəziyyətdə cavab zərbəsi endirməlidirlər".
Atəşkəsin təhlükə altında olmadığını hesab edən Ağ Ev rəhbərinin fikrincə, HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir.
"Onlar (HƏMAS) özlərini yaxşı aparacaqlarını söylədilər və əgər özlərini yaxşı aparsalar, onda xoşbəxt olacaqlar", - deyə ABŞ lideri vurğulayıb.
O xəbərdarlıq edib ki, əks halda qruplaşma məhv ediləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?
