ABŞ Senatı şatdauna son qoyacaq qanun layihəsini təsdiqlədi
ABŞ Senatı hökumətin fəaliyyətinin bərpasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Liderxeber.az-ın məlumatına görə, yekun səsvermənin nəticələrinə əsasən, sənədi 60 senator dəstəkləyib, 40-ı isə əleyhinə səs verib.
Layihə hökumətin fəaliyyətinin dayandırıldığı (şatdaun) dövrdə ödənişsiz məzuniyyətə göndərilən dövlət qulluqçularına maaşların ödənilməsini, həmçinin, 2026-cı maliyyə ilinin sonunadək (30 sentyabr) ərzaq talonlarının maliyyələşdirilməsini nəzərdə tutur.
Qanun layihəsi Senatda qəbul edildikdən sonra səsvermə üçün Nümayəndələr Palatasına təqdim olunacaq.
Oxşar Xəbərlər:
06 noy 2024, 08:03
24 apr 2024, 17:46
01 apr 2025, 17:44
