“Apple” ən bahalı kompüteri ilə bağlı qərar verdi
ABŞ-nin “Apple” şirkəti artıq özünün ən bahalı kompüteri olan “Mac Pro” modelini yeniləməyi planlaşdırmır.
Liderxeber.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, 2023-cü ilin ortalarında satışa çıxarılan son “Mac Pro” versiyası köhnəlmiş “M2 Ultra” prosessoru ilə işləyir və ilk dəfə 2019-cu ildə təqdim olunan eyni dizayna malikdir.
Şirkət mənbələri bildirir ki, bu modelin növbəti versiyası, çox güman ki, hazırlanmayacaq.
Qeyd edək ki, “Mac Pro” “Apple”ın ən yüksək qiymətli kompüteridir və hazırda 7 min dollara satılır. Onun yerini tədricən daha güclü “M4 Max” çipi və 36 GB RAM-la təchiz edilən, qiyməti isə xeyli aşağı – 2 min dollardan başlayan “Mac Studio” modeli tutur.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 sentyabr 2024, Cümə
Gecə fotoşəkilləri üçün müstəsna imkanlara və innovativ süni intellektə malik “Xiaomi 14T” seriyasının satışına start verilib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
08 sentyabr 2025, Bazar ertəsi
CƏMİYYƏT “CineMastercard”da çoxdan gözlənilən filmin nümayişi baş tutdu
