Pressa.az » İqtisadiyyat » Gecə fotoşəkilləri üçün müstəsna imkanlara və innovativ süni intellektə malik “Xiaomi 14T” seriyasının satışına start verilib

Gecə fotoşəkilləri üçün müstəsna imkanlara və innovativ süni intellektə malik “Xiaomi 14T” seriyasının satışına start verilib

27 sentyabr 2024, Cümə, 13:48
Gecə fotoşəkilləri üçün müstəsna imkanlara və innovativ süni intellektə malik “Xiaomi 14T” seriyasının satışına start verilib

“Xiaomi” yüksək keyfiyyətli məzmun yaratmaq üçün geniş imkanlar axtarışında olan fotoşəkil həvəskarları üçün nəzərdə tutulmuş yeni “Xiaomi 14T” flaqman smartfonları seriyasını təqdim etməkdən qürur duyur.

“Xiaomi 14T” seriyası gecə fotolarına və güclü süni intellekt funksiyalarına xüsusi diqqət ayırmaqla mobil fotoqrafiya haqqında təsəvvürləri dəyişir. İstifadəçilər süni intellektdən istifadə etməklə təsvirlərin qabaqcıl emal texnologiyası sayəsində həm gecə, həm də gündüz aydın və parlaq şəkillərdən həzz ala biləcəklər. Eleqant dizaynı, güclü “MediaTek” prosessorunu və heyrətamiz AMOLED displeyi özündə birləşdirən “Xiaomi 14T” seriyası həmçinin müxtəlif istifadə ssenariləri üçün süni intellekt funksiyalarının inteqrasiyasını təklif edir və cihazlarından maksimum yararlanmağa  çalışanlar üçün misilsiz istifadəçi təcrübəsini təmin edir.

Yeni nəsil “Leica” optikası gecə fotoşəkilləri haqqında təsəvvürləri dəyişir
“Xiaomi 14T” seriyası həm normal, həm də zəif işıqlanma şəraitində müstəsna fotoçəkiliş imkanlarını nümayiş etdirir - “Xiaomi 14T” və “Xiaomi 14T Pro” smartfonlarının kameraları cəlbedici gecə səhnələrini və canlı şəhər mənzərələrini qeyri-adi dəqiqliklə ötürür.
“Fusion LM”ə əsaslanan və AI LM hesablayıcı fotoqrafiya üçün platforma olan “Xiaomi AISP” sayəsində “Xiaomi 14T” seriyasının fotokameraları dinamik diapazonu genişləndirir və səs-küyü azaldır ki, bu da hətta zəif işıqlanma şəraitində belə qeyri-adi detallara və canlı rənglərə malik məzmun çəkməyə imkan verir. “Fusion LM”in böyük həcmdə ilkin məlumatlarından istifadə edən bu seriya HDR imkanlarını genişləndirərək “UltraHDR” formatını dəstəkləyir. Bundan əlavə, AISP platformasına əsaslanan “Portret LM” funksiyası yüksək dərinliyə, dəqiqliyə və təbii boke effektinə malik çoxqatlı, detallı portret fotoşəkilləri yaratmaq üçün 23 mm-dən 75 mm-dək fokus məsafəsini əhatə edən “Portret Maestro” rejimini təkmilləşdirir. 

“Xiaomi 14T Pro” 15 mm-dən 120 mm-dək beş fokus məsafəsinə malik universal üç kameralı sistemlə təchiz edilib. Bu, müxtəlif şəraitlərdə çəkiliş üçün əlavə imkanlar yaradır. 50MP genişlənməli əsas kamera böyük ƒ/1.6 diafraqmaya və ən müasir “Leica Summilux” optik obyektivinə, həmçinin “Light Fusion 900” təsvir sensoruna malikdir. 1/1.31" matrisa ölçüsü, “Dual Native ISO Fusion Max” dəstəyi və yüksək 13,57 EV dinamik diapazonu sayəsində bu qabaqcıl sistem sələfindən 32 % daha çox işıq tutur ki, bu da daha parlaq, daha detallı təsvirlər əldə etməyə imkan verir. Cihaz, həmçinin daha çox işıq tutmaq və yüksək dinamik diapazonlu çəkilişləri dəstəkləmək üçün asferik

7P yüksək keçiricilik obyektivinə malikdir.
“Xiaomi 14T” smartfonları “Sony” brendinin qabaqcıl IMX 906 təsvir sensoru və 15-100 mm arasında dəyişən dörd fokus məsafəsinə malik universal üçlü kamera ilə təchiz olunub. 50MP genişlənməyə, böyük ƒ/1.7 diafraqmaya və ən son “Leica Summilux” optik obyektivinə malik əsas kamera hətta zəif işıqlanma şəraitində belə parlaq rənglər və detallı təsvirlər əldə etməyə imkan verir. 15 mm ekvivalent fokus məsafəsinə malik 12 MP-lik son dərəcə geniş bucaqlı kamera da dəqiq və detallı peyzaj şəkillərini təmin edir. 

“Movie” (Kino) rejimi susmaya görə 2.39:1 tərəf nisbətindən istifadə edir və kinomatoqrafiya effekti yaratmaq üçün “Cinematic Blur” (Kinomatoqrafik yuyulma) və “Rack Focus switching” (Fokus dəyişmə) funksiyalarını dəstəkləyir. Eyni zamanda, “Director” (Rejissor) rejimi geniş idarəetmə parametrləri sayəsində peşəkar çəkiliş interfeysi təklif edir ki, bu da ekspozisiya, ISO və ağ rəngin balansı kimi aspektləri dəqiq tənzimləməyə imkan verir, bununla da çəkilişləri peşəkar kinematoqrafiya səviyyəsinə çatdırır.

Gündəlik rahatlıq üçün qabaqcıl süni intellektdən istifadə
“Xiaomi 14T” seriyası axtarış, səsli rabitə, mətnlər, şəkillər və videolar üzərində iş üzrə geniş süni intellekt imkanları ilə performansın və yaradıcılığın yeni səviyyəsini müəyyən edir ki, bununla da gündəlik tapşırıqların icrasının səmərəliliyini artırır və istifadə rahatlığını yaxşılaşdırır. Cihazda və buludda hesablama gücü sayəsində “Xiaomi 14T” seriyasının süni intellekti istifadəçilərə məhsuldarlığı artırmağa, daha ağıllı səyahət etməyə və çətinlik çəkmədən məzmun yaratmağa imkan verir.

“Google” ilə tərəfdaşlığı inkişaf etdirən “Xiaomi” brendi “Xiaomi 14T Pro” smartfonunda  “Circle to Search with Google” funksiyasını təqdim edir. Bununla da, “Xiaomi 14T Pro” smartfonu bu innovativ funksiyanı təklif edən ilk “Xiaomi” cihazlarından birinə çevrilmiş oldu. Bu, istifadəçilərə tətbiqlər arasında keçid etmədən telefonlarında gördükləri hər şeyi dərhal axtarmaq imkanı verir. Bundan əlavə, “Xiaomi 14T” “Google Gemini” tətbiqi ilə tədarük olunur. Mətnlərin yazılması, öyrənmə, planlaşdırma və s. ilə bağlı yardım üçün “Gemini” ilə əlaqə saxlaya bilərsiniz. “AI Interpreter” (Tərcüməçi) dil maneələrini aradan qaldırmağa, bununla da, görüşlər və zənglər zamanı ünsiyyət keyfiyyətini yaxşılaşdırmağa kömək edir. AI Notes (Qeydlər) və AI Voice Recorder (Diktofon) nitqin mətnə transkripsiyası, danışanın dəqiq tanınması və sürətli xülasə yaradılması sayəsində performansı yüksəldir, real zaman rejimində tərcümələr isə dillərarası qarşılıqlı əlaqəni asanlaşdırır. 

Yaradıcılığa gəlincə, “AI Image Editing” şəkilləri “ağıllı” şəkildə tamamlayaraq daha ifadəli edir, “AI Eraser Pro” isə qüsursuz fotoşəkillər yaratmaq üçün arzuolunmaz elementləri aradan qaldırır. “AI Film” asanlıqla kinomatoqrafik qısa videoçarxlar yaratmağı imkan verir, “AI Portrait” isə istifadəçilərə unikal üslublarını asanlıqla nümayiş etdirməyə imkan verən fərdi avatarlar yaradır.
“Xiaomi 14T” seriyası proqram təminatını daim təkmilləşdirir. Belə ki, 2024-cü ilin yanvar ayından etibarən proqram təminatının üzərində 600-dən çox təkmilləşdirmə işi aparılıb ki, nəticədə sistemin sürəti 9,8% artırılıb. Təkmilləşdirmələrə bir çox dillərlə işin optimallaşdırılması, funksiyaların “Android” ilə sinxronlaşdırılması, daha təmiz, rəvan və həssas işi təmin etmək üçün girişlərin və lazımsız tətbiqlərin sayının azaldılması daxildir. “Xiaomi 14T” seriyası həmçinin üç innovativ funksiya təqdim edir: zənglərin sinxronizasiyası, tətbiqlərin ötürülməsi və oxunuşun transferi. Bu funksiyalar sayəsində fasiləsiz qoşulma və tətbiqlər arasında asan keçid təmin edilir ki, bu da performansı və rahatlığı əhəmiyyətli dərəcədə artırır. Bundan başqa, “Link to Windows” funksiyası istifadəçilərə mobil və masaüstü cihazlar arasında fərqi aradan qaldıran inteqrasiya olunmuş kompüter hesablama mühiti təklif edir.

“Xiaomi 14T” seriyasının istifadəçiləri “YouTube” və “YouTube Music”ə pulsuz giriş imkanı ilə 3 aylıq “YouTube Premium” və 6 aylıq müddətə 100 GB həcmə malik “Google One” bulud yaddaşı əldə edə bilərlər. Müəyyən bazarlarda istifadəçilər əlavə ödəniş etmədən “Spotify Premium” ilə 4 ay reklamsız musiqi dinləmək imkanı əldə edə bilərlər.

Cəlbedici vizual effektlər və son dərəcə rəvan qarşılıqlı əlaqə
“Xiaomi 14T” smartfonlarının heyrətamiz 1,5K genişlənməyə (2712 x 1220) və 446 ppi piksel sıxlığına malik 6,67 düymlük CrystalRes AMOLED displeyi canlı təsvirlər əldə etməyi və 12 bit rəng dərinliyi ilə tamamlanan rəvan qarşılıqlı əlaqəni təmin edir. Yüksək yeniləmə sürəti (144Hz-dək) sizə son dərəcə rəvan sürüşməni və həssas sensor idarəetməsini qiymətləndirməyə imkan verəcək ki, bu da gözəl animasiyalar və rəvan keçidlər əldə etməyə imkan verir və bununla da istifadə rahatlığını artırır. DCI-P3 rəng diapazonu və 4000 nit maksimum parlaqlıq ekranı həm qapalı, həm də açıq məkanlarda daha cəlbedici edir. Süni intellektə malik yeni nəsil displey iş şəraitindən və günün vaxtından asılı olaraq rəng temperaturunu və parlaqlığını tənzimləyir və gözlər üçün optimal komfortu təmin edir.
“Xiaomi 14T” seriyası “Hi-Res Audio Wireless” sertifikatı və zəngin səs üçün stereodinamiklər sayəsində üstün səs keyfiyyəti nümayiş etdirir. Dolby Atmos® texnologiyası film, musiqi və oyun təcrübənizi yaxşılaşdıran zəngin, 3D səsdən zövq almağa imkan verir.

Sürət və səmərəlilik baxımından təsəvvürləri dəyişən performans
“Xiaomi 14T” seriyası qabaqcıl prosessorları və təkmilləşmiş soyutma sistemləri sayəsində müstəsna performansı təmin edir, gündəlik işlərin sürətini və səmərəliliyini misilsiz səviyyəyə çatdırır.
“Xiaomi 14T Pro” performans haqqında təsəvvürləri dəyişir. Flaqman “MediaTek Dimensity 9300+” prosessorundan istifadə çoxtapşırıqlı əməliyyatlarda prosessorun performansını 37% artırmağa imkan verir. Qrafikanı 44% yaxşılaşdıran qabaqcıl “Immortalis-G720” qrafik prosessoru ilə birlikdə bu möhtəşəm kombinasiya qüsursuz və yüksək keyfiyyətli iş təklif etməklə süni intellekt tətbiqləri və oyunları üçün idealdır. Bundan əlavə, smartfon sabit əlaqəni təmin edən və mobil şəbəkələrin işini yaxşılaşdıran “Xiaomi Surge T1” tüneri ilə təchiz edilib, “Xiaomi 3D IceLoop” sistemi isə istiliyi effektiv şəkildə idarə etməklə həddindən artıq qızmanın qarşısını alır və maksimum performansı təmin edir. Bütün bunlar “Xiaomi 14T Pro” smartfonlarını yüksək performansı dəyərləndirən geymerlər və istifadəçilər üçün əla seçimə çevirir. 

Yeni “MediaTek Dimensity 8300-Ultra” süni intellekt prosessoru ilə təchiz edilmiş “Xiaomi 14T” prosessorun performansını 20%, qrafik performansı 60% yaxşılaşdırır. Bu, eyni zamanda bir neçə tapşırığı daha rəvan yerinə yetirməyə və daha yüksək səmərəliliyə imkan verir, eyni zamanda təkmilləşdirilmiş enerji səmərəliliyi sayəsində batareyanın ömrünü uzadır.

“Xiaomi 14T” seriyası güclü batareyaları və sürətli şarj imkanları ilə seçilir. “Xiaomi 14T Pro” smartfonu “Xiaomi T” seriyasında simsiz şarj texnologiyasını tətbiq edən ilk cihazdır. Belə ki, “Xiaomi 14T Pro” 5000 mAs həcmli batareyaya əlavə olaraq, 50 Vt gücündə simsiz şarj imkanı təklif edir. Bundan əlavə, 120 vattlıq “HyperCharge” cihazı smartfonu cəmi 19 dəqiqəyə tam şarj etməyə imkan verir. Eyni zamanda, “Xiaomi 14T” etibarlı 5000 mAs həcmli batareya və sürətli şarj üçün 67 Vt gücündə “HyperCharge” cihazı ilə təchiz edilmişdir.

Güclü performans və eleqantlıq
“Xiaomi 14T” seriyası performansı və eleqant dizaynı mükəmməl şəkildə özündə birləşdirir: hamar metal korpus və son dərəcə dar 1,7 mm-lik çərçivə sanki təsvirin içinə qərq olma effektini artırır. Hər iki cihaz suya və toza davamlılığı təmin edən IP68 qorunma standartına malikdir ki, bu da uzunömürlülüyə və etibarlılığa zəmanət verir. “Xiaomi 14T Pro” smartfonlarının zərif metal çərçivəsi ona incə görünüş bəxş edir və əvvəlki nəsillə müqayisədə əyilməyə və zədələnməyə qarşı 116% daha artıq davamlılığı təmin edir. 3D əyri arxa panel komfortu və tutma rahatlığını artırır, metal deko elementi isə smartfona dəbdəbəli çalarlar qatır. “Xiaomi 14T Pro” üç rəng variantında təqdim olunur: titan bozu, titan mavisi və titan qarası. “Xiaomi 14T” isə titan bozu, titan mavisi, titan qarası və limon yaşılı rənglərində təklif olunur. Limon yaşılı variantı, limon lifi daxil olmaqla 50% biomateriallardan ibarət dördqatlı quruluşa malik PU biomaterialdan və 100% təkrar emal edilən PET materialından hazırlanır ki, bu da onu ekoloji cəhətdən təmiz məhsula çevirir. 

Qiymət və mövcud məhsullar
“Xiaomi MIX Flip” iki rəng variantında təqdim olunacaq: qara və bənövşəyi.
Üç saxlanc variantı ilə təklif olunan “Xiaomi 14T Pro”nun qiyməti 799 avrodan başlayır. 
İki saxlama variantı ilə təklif olunan “Xiaomi 14T” smartfonunun qiyməti 649 avrodan başlayır. 
Bir saxlama variantı ilə təklif olunan “Xiaomi MIX Flip”in qiyməti 1299 avrodan başlayır.