Van Qoqun rəsm əsəri hərracda 62 milyon dollara satılıb
Niderlandlı rəssam Vinsent Van Qoqun rəsm əsəri Nyu-Yorkun "Sotheby's" hərracında 62.7 milyon dollara satılıb.
Liderxeber.az bu barədə ANP agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, söhbət 1887-ci il tarixli "Paris romanlarının yığınları və stəkanda qızılgüllər" ("Piles de romans parisiens et roses dans un verre") əl işindən gedir.
Agentliyin məlumatına görə, əsərin alıcısı sənətşünas Petti Vonq olub. Əsərin satış dəyəri əvvəlcədən gözlənilən qiyməti təxminən 35% üstələyib.

