Pressa.az » İqtisadiyyat » Azərbaycan qeyri-neft-qaz ixracını cüzi artırıb

Azərbaycan qeyri-neft-qaz ixracını cüzi artırıb

10 yanvar 2025, Cümə, 14:49
Azərbaycan qeyri-neft-qaz ixracını cüzi artırıb

2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 2023-cü illə müqayisədə 0,3 % artaraq 3,4 milyard ABŞ dolları təşkil edib.

Liderxeber.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 11,3 % artaraq 1 milyard 30 milyon ABŞ dolları olub.

Hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 62,4 % artaraq 38,5 milyon ABŞ dolları, pambıq lifinin ixraxc dəyəri 45,2 % artaraq 178,2 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylərin ixrac dəyəri 32,8 % artaraq 28,9 milyon ABŞ dolları, qiymətli metalların ixrac dəyəri 29,2 % artaraq 215,3 milyon ABŞ dolları, kimya sənayesi məhsullarının ixrac dəyəri 18,3 % artaraq 293,7 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixrac dəyəri 14,3 % artaraq 68,8 milyon ABŞ dolları, çayın ixrac dəyəri 1,6 % artaraq 6 milyon ABŞ dolları, qara metalların ixrac dəyəri 1,9 % artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri isə 1 % artaraq 197,2 milyon ABŞ dolları təşkil edib.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 2,8 % artaraq 789,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 57,3 % artaraq 316,1 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14,1 % artaraq 1,11 milyard ABŞ dolları təşkil edib.