Çində dünyanın ən sürətli avtomobili nümayiş etdirildi
Çinin "Yangwang" idman avtomobilləri şirkəti "Y9 Xtreme" adlı xüsusi hazırlanan versiyasını təqdim edib.
Liderxeber.az iz.ru-ya istinadən xəbər verir ki, bu model dünyanın ən sürətli avtomobili hesab olunur. "Yangwang Y9 Xtreme" Ginnesin Rekordlar Kitabına da düşüb.
Unikal avtomobilin sürəti Almaniyada xüsusi yarış yolunda 496.2 km/saata çatıb. Bu avtomobil üçün xüsusi olaraq hazırlanmış təkərlər 500 km/saata qədər sürət üçün nəzərdə tutulub.
"Yangwang Y9 Xtreme" modelindən 30 ədəd məhdud sayda istehsal ediləcək.

Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
17 may 2024, Cümə
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
19 fevral 2024, Bazar ertəsi
Kibrit çöplərindən ən hündür Eyfel qülləsinin yaradıcısının rekorduna edilən imtina ləğv olunub - FOTO
