“Xiaomi” bu ilin ikinci rübündə rekord gəlir əldə edib
Şirkət ardıcıl üçüncü rüb üçün ikirəqəmli artım nümayiş etdirir.
Əşyaların İnterneti (IoT) platformasına malik istehlakçı elektronikası, həmçinin əsasını smartfonların və “ağıllı” avadanlığın təşkil etdiyi “ağıllı” cihazların aparıcı istehsalçısı olan “Xiaomi” Korporasiyası (“Xiaomi” və ya “Qrup”, səhm kodu: 1810) 30 iyun 2024-cü il tarixində başa çatan 3 aylıq dövr üçün (“Dövr” və ya “2024 Q2”) yoxlanılmamış, konsolidə edilmiş nəticələrini açıqlayıb.
-
cü ilin ikinci rübündə “Xiaomi” şirkəti ardıcıl üçüncü rüb illik mədaxilin ikirəqəmli artımına nail olub: mədaxil ötən ilin analoji dövrü ilə müqayisədə 32 % artaraq 88,9 milyard yuana çatıb. Ötən ilin analoji dövrü ilə müqayisədə 20,1 % artan düzəliş edilmiş xalis mənfəət 6,2 milyard yuan təşkil edib ki, bu da güclü artım deməkdir. Bu göstəriciyə “ağıllı” elektrik avtomobilləri (EV) biznesi və digər yeni təşəbbüslərlə bağlı 2,3 milyard yuanlıq xərclər daxildir ki, bu da artımın sürətləndiyindən xəbər verir. Ümumi marja yüksək - 20,7 % səviyyəsində qalıb. Smartfonlar, IoT və həyat tərzi məhsulları, həmçinin internet xidmətləri kimi “Xiaomi”nin 3 əsas biznes istiqaməti bazar gözləntilərini üstələyib və müvafiq olaraq 46,5 milyard yuan, 26,8 milyard yuan və 8,3 milyard yuan məbləğində gəlir əldə edib.
“Ağıllı” elektromobil biznesindən və digər yeni təşəbbüslərdən əldə edilən gəlir 6,4 milyard yuan təşkil edib. Qrupun ümumi göstəriciləri ümumi qəbul edilmiş gözləntiləri üstələyib ki, bu da sürətli inkişafın yeni mərhələsini təcəssüm etdirib.
30 iyun tarixinə məlumata görə, ikinci rübdə “Xiaomi”nin pul vəsaitinin həcmi 141 milyard yuana yüksələrək həm əsas, həm də yeni biznes istiqamətlərinin dayanıqlı inkişafının əsasını qoyub və şirkətin gələcək sürətli artımını dəstəkləyib. Əsas texnologiyalara, o cümlədən süni intellektə davamlı investisiya qoyuluşu biznesin inkişafını əhəmiyyətli dərəcədə gücləndirib, məhsulların imkanlarını genişləndirib, “Xiaomi” smartfonlarında və “ağıllı” elektromobillərində intellektual yanaşmanı artırıb, həmçinin “Xiaomi Smart Factory”nin əməliyyat səmərəliliyinin yüksəldilməsinə səbəb olub. “Xiaomi”nin “İnsan × Avtomobil × Ev” “ağıllı” ekosisteminin inkişaf etməsinin onun biznesini daha da gücləndirəcəyi və gələcək artımın dayanıqlığını təmin edəcəyi gözlənilir.
“Xiaomi” sürətli qlobal genişlənmə fonunda ən böyük beş smartfon brendi arasında liderlik edir
“Xiaomi”nin qlobal smartfon tədarükü 2024-cü ilin ikinci rübü ərzində illik müqayisədə 28,1 % artaraq 42,2 milyon ədədə çatıb. “Canalys” analitika şirkətinin məlumatına görə, “Xiaomi” ardıcıl 16-cı rüb smartfon tədarükündə dünya üzrə ilk 3-lükdə yerini qoruyub saxlamağa nail olub. Cari ilin II rübündə şirkət qlobal bazarın 14,6%-nə nəzarət edib. “Xiaomi” tədarük həcminə görə ən böyük beş smartfon brendi arasında ən sürətlə böyüyən brenddir.
“Xiaomi”nin smartfon istehsalı inamlı artım nümayiş etdirir. Belə ki, ikinci rübdə bu sahədə mədaxil 46,5 milyard yuan təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 % artım deməkdir. “Canalys”in məlumatına görə, 2024-cü ilin II rübündə Qrupun smartfon tədarükü dünyanın 58 ölkə və regionunda ilk 3-lükdə, 70 ölkə və regionunda isə ilk 5-likdə yer alıb. Bu artım xüsusən Latın Amerikası, Cənub-Şərqi Asiya, Yaxın Şərq və Afrikada sürətlənən genişlənmə ilə əlaqədar “Xiaomi”nin beynəlxalq bazarlarda artan təsirini bir daha nümayiş etdirir. Latın Amerikasında “Xiaomi” smartfonlarının tədarükü ilk dəfə olaraq ilk 2-liyə daxil olub.
IoT biznesinin artan gəlirləri: ikinci rübdə kondisioner tədarükü 40%-dən çox artıb
İkinci rübdə artım tendensiyasını davam etdirən “Xiaomi”nin IoT və həyat tərzi məhsulları biznesi ötən ilin analoji dövrü ilə müqayisədə 20,3% artaraq 26,8 milyard yuanlıq rekord yüksək gəlir əldə edib. “Ağıllı” məişət texnikası seqmenti də yüksək göstəricilər nümayiş etdirməkdə davam edib, onun gəlirləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 38,7% artıb.
“Canalys”in məlumatına görə, “Xiaomi”nin qlobal planşet tədarükü ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb ki, bu da onu tədarük həcminə görə ilk beş brend arasında ən sürətlə böyüyən brendə çevirib. “Xiaomi” taxıla bilən cihazların tədarükünə görə dünyada 3-cü, Çində 2-ci, TWS qulaqlıqlarının tədarükünə görə isə dünyada 3-cü və Çində 1-ci yerdədir.
Rüb ərzində kondisioner tədarükü 40% artaraq 3,3 milyon ədədi ötüb. “Xiaomi”nin soyuducu və paltaryuyan maşın tədarükü də ciddi artım nümayiş etdirib və müvafiq olaraq 600000 və 400000 ədədi keçib.
İnternet xidmətləri biznesində sabit artım: dünyada və Çinin materik hissəsində MAU-sayı 10%-dən çox artıb
Bu dövr ərzində İnternet xidmətlərindən əldə olunan gəlir sürətlə artmaqda davam edib. Belə ki, bu baxımdan gəlir illik müqayisədə 11 % artaraq rekord səviyyəyə - 8,3 milyard yuana çatıb. “Xiaomi”nin qlobal tərəfdaşlıq şəbəkəsinin dərinləşməsi və genişlənməsi sayəsində ölkə xaricində internet xidmətlərindən əldə olunan gəlir ikinci rübdə illik müqayisədə 32,9 % artaraq 2,7 milyard yuana çatıb ki, bu da ümumi internet xidmətlərindən əldə olunan ümumi gəlirin 32,1 %-ni təşkil edir.
Bu dövr ərzində İnternet istifadəçiləri bazası genişlənməyə davam edib: həm dünyada, həm də Çinin materik hissəsində aylıq aktiv istifadəçi (MAU) sayı rekord göstəricilər nümayiş etdirib. 2024-cü ilin iyun ayında qlobal MAU göstəricisi illik müqayisədə 11,5 % artaraq 675,8 milyon nəfərə, Çinin materik hissəsi üzrə MAU isə ötən ilin analoji dövrü ilə müqayisədə 10,1 % artaraq 164,4 milyon nəfərə çatıb.
“Smart EV” biznesində artım proqnozları üstələyir: ikinci rübdə 27000-dən çox avtomobil tədarük edilib
“Xiaomi”nin ilk “ağıllı” elektromobili olan SU7 seriyasının debütündən sonra bazar göstəriciləri gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib. İkinci rübdə “ağıllı” elektromobil biznesindən və digər yeni təşəbbüslərdən əldə edilən gəlir 6,4 milyard yuana çatıb. Qrup “Xiaomi SU7” seriyasının istehsalını və tədarükünü artırmağa davam edir. İkinci rübdə seriyanın tədarükü 27,307 ədədə çatıb, aylıq tədarük həcmi isə ardıcıl ikinci ay 10,000 ədədi keçib. İstehsal gücünün artım tempi planlaşdırılan göstəriciləri qabaqlayır ki, bu da şirkətin yüksək rəqabət qabiliyyətindən xəbər verir.
Noyabr ayınadək 100000 avtomobil tədarük etməklə bağlı Qrup tərəfindən qarşıya qoyulmuş məqsədə vaxtından əvvəl nail olmaq üçün “Xiaomi EV Factory” iyun ayından etibarən iki növbəli istehsala keçib. Şirkət həmçinin 2024-cü ilin sonunadək 120000 “Xiaomi SU7” seriyalı avtomobil tədarük etməyi planlaşdırır. 30 iyun 2024-cü il tarixinə olan məlumata görə, “Xiaomi” Çinin materik hissəsində “ağıllı” EV satışı üzrə 87 mərkəzi açıb ki, bu da sabit sifariş artımına nail olmağa və istifadəçilərə avtomobillərə qulluqla bağlı tam peşəkar xidmət göstərməyə imkan verir.
Kifayət qədər pul vəsaiti ilə “Xiaomi Smart EV” biznesi güclü bazar rəqabəti şəraitində öz təsirini və əsas rəqabət qabiliyyətini gücləndirərək əsas diqqəti texnologiyalara və məhsulların işlənib hazırlanmasına yönəldə bilər. “Xiaomi” əhəmiyyətli müstəqil tədqiqat imkanlarını genişləndirməkdə davam edir, əsas texnologiyalar sahəsində yeni uğurlar və irəliləyişlər əldə edir ki, bu da məhsulların rəqabət qabiliyyətini ciddi şəkildə artırmağa imkan verir. 2024-cü ilin iyul ayında Qrup “Xiaomi SU7 Ultra”nın prototipinin təqdimatını keçirib və oktyabrda Nürburqrinq Nordşlayfe trasında rekord vaxt ərzində dövrə vurmağı planlaşdırdıqlarını açıqlayıb. Məqsəd yaxın onillikdə bu trasda ən sürətli dördqapılı elektromobilə çevrilməkdir.
Süni intellekt “Xiaomi”nin “İnsan × Avtomobil × Ev” “ağıllı” ekosisteminin bütün potensialını ortaya qoyur və premium səviyyəli bazarın böyüməsini stimullaşdırır
Qrup “İnsan × Avtomobil × Ev” “ağıllı” ekosistemini genişləndirmək üçün süni intellektin tətbiqini davam etdirir. İkinci rübdə “Xiaomi”nin elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə investisiya qoyuluşu artmaqda davam edib. Bu dövr ərzində sözügedən sahəyə investisiya həcmi illik müqayisədə 20,7 % artaraq 5,5 milyard yuana çatıb. “Xiaomi”nin süni intellekt texnologiyası bir neçə sahədə, xüsusən də “ağıllı” elektromobillər sektorunda innovativ sıçrayışa nail olub. Avtopilot, avtomatik parkinq və “Xiaomi AI” köməkçisi ilə səsli əlaqə üçün etibarlı texniki dəstəyi təmin edən bu texnologiyalardan geniş istifadə olunur.
Smartfon seqmentində “Xiaomi”, AI köməkçisi ilə multimodal tanınma və məlumatların təhlili imkanlarını genişləndirərək, istifadəçilərə sənədlərin təhlili və süni intellektlə dəstəklənən video yaradılması daxil olmaqla, müxtəlif funksiyalar təqdim edib. Bu innovasiyalar “Xiaomi”nin premium bazarda böyüməsinə kömək edir.
Müstəqil tədqiqatçıların hesablamalarına görə, 2024-cü ilin ikinci rübündə qiyməti 3000 yuan və ya daha yüksək olan premium “Xiaomi” smartfonları Çinin materik hissəsində ümumi smartfon tədarükünün 22,1%-ni təşkil edib ki, bu da illik müqayisədə 2,0 faiz bəndi çoxdur. 3000-4000 yuan, 4000-5000 yuan və 5000-6000 yuan qiymət seqmentlərində smartfonların payı müvafiq olaraq 16,8 %, 20,1 % və 8,9 % təşkil edib ki, bu da ötən illə müqayisədə artımdan xəbər verir.
İyulun 19-da “Xiaomi” şirkəti Çinin materik hissəsində özünün yeni nəsil qatlana bilən flaqman “Xiaomi MIX Fold 4” cihazının, eləcə də ilk yığcam qatlanan bilən “Xiaomi MIX Flip” cihazını təqdim edib. Bu iki modelin satış performansı gözləntiləri əhəmiyyətli dərəcədə üstələyərək “Xiaomi”nin premium bazarda mövqeyini daha da gücləndirib. “Xiaomi MIX Flip” unikal qatlana bilən dizaynına, eləcə də süni intellektlə çalışan oflayn tərcümə funksiyasına malik innovativ 4,01 düymlük xarici displeyinə görə tanınır.
“Xiaomi” korporasiyası haqqında
“Xiaomi” Korporasiyası 2010-cu ilin aprelində təsis edilib, 9 iyul 2018-ci ildə Honkonq Fond Birjasında (1810.HK) qeydiyyatdan keçib. “Xiaomi” əsasını IoT platforması ilə əlaqələndirilən smartfonlar və “ağıllı” avadanlıqlar təşkil edən istehlakçı elektronikasının və “ağıllı” cihazların istehsalı ilə üzrə ixtisaslaşmış şirkətdir.
“Xiaomi” dünya üzrə smartfon istehsalçıları arasında aparıcı mövqelərdən birini tutur. Qlobal aylıq aktiv istifadəçi (MAU) sayı 2023-cü ilin iyun ayında 675,8 milyon nəfər təşkil edib. Şirkət həmçinin 2024-cü ilin 30 iyun tarixinə qədər təxminən 822,2 milyon smart cihazın (smartfonlar, noutbuklar və planşetlər istisna olmaqla) qoşulduğu dünyanın aparıcı istehlakçı platforması olan AIoT-un (AI+IoT) yaradıcısıdır. “Xiaomi” şirkətinin məhsulları dünyanın 100-dən çox ölkə və regionunda təmsil olunur. 2024-cü ilin avqustunda şirkət ardıcıl altıncı il “Fortune Global 500” siyahısına daxil olub.
“Xiaomi” həmçinin “Hang Seng”, “Hang Seng China Enterprises”, “Hang Seng TECH” və “Hang Seng China 50” indekslərinə daxildir.