Çin şirkəti süni intellektli eynəklər təqdim edib
Çinin "Alibaba" şirkəti süni intellekt sistemi ilə təchiz edilmiş "Quark S1" eynəklərinin buraxıldığını elan edib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, "Quark S1" eynəkləri "Alibaba" tərəfindən yaradılmış "Qwen" neyroşəbəkəsi əsasında hazırlanıb.
Qurğu istifadəçinin ətrafını qeydə alan şəffaf displeylərlə təchiz olunub. Bundan başqa, süni intellekt istifadəçinin eynək vasitəsilə gördüyü təsvirin üzərinə "kontekstual məlumat" əlavə edə bilir.
Cihaz bir dəfə şarj etməklə 24 saat fasiləsiz işləmək gücünə malikdir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
