Pressa.az » Dünya » Ukrayna ilə bağlı danışıqlarda əsas mübahisə mövzusunu açıqladı

Ukrayna ilə bağlı danışıqlarda əsas mübahisə mövzusunu açıqladı

03 dekabr 2025, Çərşənbə, 09:55
Ukrayna ilə bağlı danışıqlarda əsas mübahisə mövzusunu açıqladı

ABŞ Dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin tənzimlənməsi üzrə danışıqlarda mübahisə doğuran əsas bəndlərdən birini açıqlayıb. 

Liderxeber.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.

Dövlət katibinin sözlərinə görə, söhbət təxminən 30-50 kilometrlik ərazidən və Donetsk vilayətinin Ukraynanın nəzarətində olan 20%-lik hissəsindən gedir.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner arasında görüş keçirilib. 

Görüşdə Rusiya tərəfindən prezidentin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edib. 5 saatdan çox davam edən müzakirələrin əsas mövzusu ABŞ-nin Ukrayna ilə bağlı təqdim etdiyi “sülh planı” olub.