Pressa.az » Dünya » NATO-nun Norveçdəki aviabazası bağlanıb

NATO-nun Norveçdəki aviabazası bağlanıb

03 dekabr 2025, Çərşənbə, 14:30
NATO-nun Norveçdəki aviabazası bağlanıb

NATO-nun Norveçin şimalındakı Andoya adasındakı aviabazası texniki problemlərlə əlaqədar bağlanılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Forsvarets forum" məlumat yayıb.

"Aviabaza komandiri, polkovnik-leytenant Eysteyn Dahlberq uçuş-enmə zolağında beton çatlar, torpaq eroziyası olduğundan hərbi obyektin bağlanmasına qərar verib. Bu şəraitdə uçuşlar pilotlar və təyyarələr üçün təhlükə hesab edilib", - deyə məlumatda bildirilir.

Xəbərdə qeyd olunur ki, sözügedən aviabaza 2016-cı ildən NATO qüvvələrinə dəstək bazası və alternativ aerodrom kimi istifadə edilib.

Aerodromun bağlanması qərarından sonra bazanın funksiyaları Norveçin şimalındakı digər obyektlərə həvalə olunacaq.