KİV: Almaniyada NATO-nun aviabazası təxribat şübhələrinə görə bağlanıb
Almaniyanın qərbindəki Haylerkirhen şəhərindəki (Şimali Reyn-Vestfaliya) aviabaza mümkün təxribat şübhələrinə görə bağlanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti ərazi komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, kazarmalar da bağlanıb. Ərazidə içməli suyun mümkün çirklənməsini yoxlamaq üçün araşdırma aparılır. Bazanın öz su təchizatı var.
Xatırladaq ki, NATO-nun kəşfiyyat təyyarələri Haylerkirhen aviabazasında yerləşir.
Bundan əvvəl “Der Spiegel” jurnalı Köln şəhərinin ərazisində Bundesver kazarmasının tam möhürləndiyini, hərbi hissənin ərazisindəki su xəttinin çirklənmiş ola biləcəyini, Almaniya hüquq-mühafizə orqanlarının bunun təxribat olub-olmadığını yoxladığını bildirmişdi.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO