Litvada Yeni ilin rəmzi yox ola bilər
Küknar ağacı Yeni il bayramı və qış tətillərinin ayrılmaz bir hissəsidir. O hər il iş otaqlarını və evləri bəzəyir. Lakin Litvada bayramın bu rəmzi tədricən yox ola bilər.
Liderxeber.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Litva ictimai media holdinqi tərəfindən rəyi soruşulan mütəxəssislər iqlim dəyişikliyinin ölkədəki küknar ağaclarının mövcudluğunu təhdid etdiyi barədə xəbərdarlıq ediblər.
Klimatoloqlar qeyd ediblər ki, iqlim dəyişikliyinə görə ölkədə küknar ağaclarının vəziyyəti pisləşir, onların azalması və çürüməsi müşahidə olunur. Belə ki, torpaqlar daha tez isinir və quruyur ki, bu da ağacları məhvə məhkum edir.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
