Yaponiyada daha bir güclü zəlzələ - Sunami xəbərdarlığı edildi
Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ olub.
Liderxeber.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (YMA) açıqlama yayıb.
Bildirilib ki, təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı verilib.
Qeyd edək ki, dekabrın 8-də Yaponiyanın Aomori prefekturasındakı Misava bölgəsi sahillərində 7,5 bal gücündə zəlzələ baş verib və 50 nəfər xəsarət alıb.
YMA yaxın günlərdə oxşar və ya daha yüksək bal gücündə afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
