İl ərzində ən çox Günəş işığı alan şəhərlər - Siyahı
Aparılan ölçmə işlərinə əsasən, il ərzində ən çox Günəş işığı alan şəhər ABŞ-nin Arizona ştatının Yuma şəhəridir.
Liderxeber.az bu barədə "Sözcü" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, Yuma ildə təqribən 4 015 saat (167 gün) gün işığı alır. Qırmızı dənizin sahilində yerləşən Marsa-Alam siyahının ikincisidir. Misirdə yerləşən şəhərində günəşli saatlar 3 958 saat təşkil edir.
İlk üçlüyü isə Misirin Daxla vahəsi tamamlayır. Çöl iqliminin təsiri ilə ildə bölgə 3 943 saat gün işığı qəbul edir.
Reytinqdə dördüncü və beşinci yerləri müvafiq olaraq Çilidəki Kalama şəhəri (3 926 saat) və ABŞ-nin Finiks şəhəri (3 871 saat) tuturlar.
Siyahı il ərzində alınan Günəş işığının ümumi miqdarı nəzərə alınmaqla tərtib edilib.
