Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
LiderXəbər Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət zamanı Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu şiddətlə qınadığını, Türkiyənin Azərbaycanın hər zaman yanında olduğunu vurğulayıb.
O, həmçinin hücum zamanı diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərovun həlak olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.
Oxşar Xəbərlər:
27 yanvar 2023, Cümə
Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, ölən və yaralananlar var