Pressa.az » Dünya » Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

21 oktyabr 2026, Çərşənbə, 09:56
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib. 

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva “X” hesabında paylaşıb. 

Onun sözlərinə görə, nahar formatında təşkil edilən görüş zamanı qadınlar, uşaqlar, təhsil, sağlamlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Səfir həmçinin paylaşımına tədbir zamanı B.Makronla çəkilən fotoları da əlavə edib.