ABŞ Tayvana milyardlarla dollarlıq silah satacaq: Pentaqon təsdiqlədi
Pentaqon Tayvana 11.1 milyard dollarlıq silah, texnika və hərbi xidmət satışını təsdiqləyib.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat verib.
"ABŞ Tayvana özünümüdafiə qabiliyyətlərinin qorunmasında, eləcə də tez zamanda güclü çəkindirici potensialın yaradılmasında və regional sülhün, sabitliyin dəstəklənməsi üçün əsas təşkil edən asimmetrik müharibə üstünlüklərindən istifadə edilməsində yardım etməyə davam edir", - deyə Tayvanın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, təklif olunan silah satışı HIMARS zenit-raket sistemləri, haubitsalar, tank əleyhinə raketlər, dronlar və digər avadanlıq komponentləri daxil olmaqla, səkkiz növ silahı əhatə edir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
28 noyabr 2024, Cümə axşamı
Reuters: ABŞ Ukraynaya 725 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır
