Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq
Nazirlər Kabineti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”da dəyişiklik edib.
LiderXəbər.az-ın xəbərinə görə, dəyişiklik “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlarla (idarələr) əlaqədardır.
Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) - Bakı şəhərinin enerji təchizatı və satışı idarələri, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsi və Qobustan Rayon Elektrik Şəbəkəsi əsasında Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsi (Bakı) Bakı şəhərinin enerji təchizatı və satışı idarələri və Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri əsasında Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Xızı, Qobustan rayon elektrik şəbəkələri və Bağlar elektrik şəbəkəsi, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) - İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Zərdab və Kürdəmir rayon elektrik şəbəkələri əsasında Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (İmişli) –İmişli, Beyləqan, Ağcabədi, Ağdam, Ağsu, Kürdəmir, Zərdab və Füzuli rayon elektrik şəbəkələri, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Tərtər, Bərdə, Yevlax, Ağdaş, Ucar, Göyçay və Ağsu rayon elektrik şəbəkələri əsasında Mərkəzi-Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi (Mingəçevir) - Mingəçevir, Goranboy, Naftalan, Yevlax, Ağdaş, Ucar, Göyçay, Tərtər və Bərdə rayon elektrik şəbəkələri yaradılacaq.
Eyni zamanda Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şuşa) - Şuşa, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl rayon və Xankəndi elektrik şəbəkəsi və Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsi (Xaçmaz) - Xaçmaz, Şabran, Quba, Qusar və Siyəzən rayon elektrik şəbəkələri yaradılacaq.