Pressa.az » Dünya » Ukrayna dronları Rusiyanın iki "Su-27" təyyarəsini məhv etdi

Ukrayna dronları Rusiyanın iki "Su-27" təyyarəsini məhv etdi

20 dekabr 2025, Şənbə, 16:40
Ukrayna dronları Rusiyanın iki "Su-27" təyyarəsini məhv etdi

Ukraynanın pilotsuz uçuş aparatları Belbekdəki (Krım) Rusiya hərbi aerodromuna hücum edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

Hücum nəticəsində iki "Su-27" təyyarəsi məhv edilib.

UTX-nin "Alfa" Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli pilotsuz uçuş aparatları Krımdakı Belbek aerodromunda iki "Su-27" təyyarəsini məhv edib", - deyə məlumatda bildirilir.

Məhv edilmiş təyyarələrdən biri döyüş hücumuna hazır vəziyyətdə imiş.