Aİ "Honkonq qripi"nin uşaqlar arasında sürətlə yayıldığını bəyan etdi
Avropa İttifaqında (Aİ) Honkonq qripi (A(H3N2) ştamı) 5-14 yaşlı uşaqlar arasında sürətlə yayılır.
Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Avropa Xəstəliklərin Profilaktikası və Nəzarətə Alınması Mərkəzinin (ECDC) məlumatlarına istinadən xəbər verir.
Mərkəzin məlumatına görə, qrip virusları Aİ-də aktiv şəkildə dövr edir və A tipi üstünlük təşkil edir. Aşkar edilmiş halların üçdəbirindən çoxu bütün Aİ ölkələrində aşkar edilmiş və sürətlə yayılan yeni mutasiyanın payına düşür.
"A(H3N2) qripinin dövriyyəsi hazırda 5-14 yaşlı uşaqlar arasında ən yüksəkdir", - deyə ECDC-dən bildirilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
08 dekabr 2025, Bazar ertəsi
Boğaz və əzələ ağrısı, öskürək, hərarət: İnfeksionistlərdən H3N2 virusu ilə bağlı vacib xəbərdarlıq

