Yaponiyada 127 ilin ən aşağı doğum səviyyəsi qeydə alınıb
Yaponiyada bu il son 127 ilin ən aşağı doğum sayı olacağı gözlənilir.
Liderxeber.az xəbər verir ki, bu barədə "Asahi" nəşri məlumat yayıb.
Nəşrin hesablamalarına görə, 2025-ci ildə ölkədə 667 500 uşaq dünyaya gəlib. Keçən il ölkədə doğum sayı ilk dəfə olaraq 700 mindən aşağı düşüb. Bu, 1899-cu ildən belə statistika aparılmağa başlanandan bəri ən aşağı göstəricidir.
Yeni doğum sayı yerli qurumların 2025-ci ildə 749 min doğum proqnozundan xeyli aşağı olub.
Məqalədə qeyd olunur ki, Yaponiyada doğum nisbətinin azalması davam edərsə, bu, əmək qabiliyyətli işçilərin sayının azalmasına və iqtisadiyyatın bir çox sektorunda işçi qüvvəsinin çatışmazlığının sürətlənməsinə səbəb olacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
29 fevral 2024, Cümə axşamı
Martda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir - AYLIQ PROQNOZ
