Tacikistan-Əfqanıstan sərhədində atışma - Ölənlər var
Tacikistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Toqquşmanın Tacikistan sərhədçiləri ilə ölkə ərazisinə daxil olan terrorçular arasında olduğu bildirilir. Atışma nəticəsində Tacikistanın 2 sərhədçisi və 3 əfqan silahlısı ölüb.
Məlumata görə, terrorçuların məhv edilməsindən sonra Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 sentyabr 2024, Bazar ertəsi
VII çağırış Milli Məclisin ilk plenar iclası başlayıb, komitə üzvləri seçiləcək
