Həmin qadağanı bir il daha uzatdılar
Ukrayna hökuməti Rusiyadan gələn malların idxalına tətbiq edilən qadağanı və rüsumları daha bir il müddətinə uzadıb.
Liderxeber.az xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin rəsmi saytında dərc olunan yeni qərarlara əsasən, məhdudiyyətlərin müddəti 31 dekabr 2026-cı ilə qədər artırılıb.
Sənədə əsasən, Rusiyadan ət, balıq, qəhvə, çay, şokolad, qənnadı məmulatları, həmçinin gübrə, sənaye malları və nəqliyyat vasitələrinin gətirilməsi qadağan olaraq qalır. Eyni zamanda, idxal olunan digər Rusiya məhsullarına tətbiq edilən xüsusi rüsumlar da növbəti il ərzində qüvvədə olacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
17 may 2024, Cümə
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
