Pressa.az » Dünya » Yaponiya rekord müdafiə xərcləri ilə büdcəni təsdiqləyib

Yaponiya rekord müdafiə xərcləri ilə büdcəni təsdiqləyib

26 dekabr 2025, Cümə, 11:13
Yaponiya rekord müdafiə xərcləri ilə büdcəni təsdiqləyib

Yaponiya hökuməti 2026-cı maliyyə ili (2026-cı ilin aprel ayından başlayaraq) üçün rekord həddə - 122.3 trilyon yen (təxminən 783 milyard dollar) büdcə təsdiqləyib. Buraya, həmçinin ölkə tarixində ən yüksək müdafiə xərcləri olan 8.8 trilyon yen (56.3 milyard dollar) daxildir.

Liderxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hərbi büdcənin artırılması hökumətin müdafiə qabiliyyətlərini artırmaq və zərbə silahlarını yerləşdirmək öhdəliyinin bir hissəsidir.

Baş nazir Sanae Takaiçi 2027-ci il üçün planlaşdırılan ÜDM-in 2%-lik müdafiə xərcləri hədəfinə vaxtından əvvəl çatmaq məqsədi qoymuşdu.

Səhiyyəyə ayrılan vəsaitin artması səbəbindən sosial təminat xərclərinin rekord həddə - 39 trilyon yenə (249.5 milyard dollar) çatacağı gözlənilir.

Vergi gəlirlərinin 83.7 trilyon yenə (535.5 milyard dolları) çatacağı da bildirilir.

Büdcə layihəsi 2026-cı ilin əvvəlində parlamentə təqdim ediləcək.