Pressa.az » Dünya » Venesuelada Prezident Sarayı ətrafında silah səsləri eşidildi - Fotolar

Venesuelada Prezident Sarayı ətrafında silah səsləri eşidildi - Fotolar

06 yanvar 2026, Çərşənbə axşamı, 08:43
Venesuelada Prezident Sarayı ətrafında silah səsləri eşidildi - Fotolar

Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ tərəfindən tutularaq məhkəməyə çıxarılaraq sonra Venesuelada gərgin anlar yaşanıb.

Liderxeber.az xəbər verir ki, Miraflores Prezident Sarayının ətrafında çoxsaylı silah səsləri eşidilib və ərazidən motosikletlərin keçdiyi müşahidə olunub.

Vəziyyətin nəzarət altında olduğu bildirilsə də, silah səsləri səbəbindən vətəndaşlar arasında təşviş yaşanıb.

Yerli medianın məlumatına görə, təhlükəsizlik qüvvələri sarayın ətrafında icazəsiz uçan naməlum pilotsuz uçuş aparatlarına (PUA) atəş açıb. Yayılan videolarda silah səsləri eşidilir və ərazidən motosikletlərin keçdiyi görünür.

Hökumətə yaxın mənbələr Prezident Sarayı ətrafındakı vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.