Onların azad edilməsi məqsədilə xüsusi komissiya yaradıldı
“Venesuela hakimiyyəti ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floresin azad edilməsi məqsədilə xüsusi komissiya yaradıb”.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Venesuelanın informasiya və kommunikasiya naziri Freddi Nyanes deyib.
O bildirib ki, müvafiq komissiyaya Milli Assambleyanın sədri Xorxe Rodrigez rəhbərlik edəcək.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.

