Pressa.az » Dünya » Netanyahu Putin vasitəsilə İrana xəbər göndərib

Netanyahu Putin vasitəsilə İrana xəbər göndərib

06 yanvar 2026, Çərşənbə axşamı, 13:34
Netanyahu Putin vasitəsilə İrana xəbər göndərib

İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putindən Təl-Əvivin İrana hücum planlaşdırmadığını onlara çatdırmasını xahiş edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Kan" xəbər agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya və İsrail liderləri son həftələrdə Tehran və Təl-Əviv arasında gərginliyin artması fonunda bir neçə dəfə telefon danışığı aparıblar. Bu danışıqlar zamanı müvafiq mesajlar ötürülüb. Xəbərə görə, B.Netanyahu İranın İsrailin mümkün addımlarının qarşısını almaq üçün qabaqlayıcı zərbələr endirə biləcəyindən ehtiyat edir.